Fransada 10 şəhərdə komendant saatı tətbiq edildi

22:02 - 02 İyul 2023

Fransada 10 şəhərdə komendant saatı tətbiq edildi

Fransanın şimalındakı 10 şəhərdə komendant saatı tətbiq edilib.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Söhbət xüsusilə Lill, Denant, Croix və Rubaix kimi şəhərlərdən gedir.

Həmçinin paytaxt Parisin bəzi bölgələrində, xüsusən də Darnetal kommunasında komendant saatı tətbiq olunub.

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az