Türkiyənin Bitlis vilayətinin Hizan rayonunun on kəndi və ətraf bölgələrində küçəyə çıxma qadağası elan olunub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Bitlis valiliyi açıqlama verib.
Məlumata görə, sözügedən rayonun kənd və məhəllələrində terror təşkilatı üzvlərinin olması və sığınacaqlar qurduqları barədə məlumatlar daxil olub.
Anti-terror əməliyyatlarının keçirilməsi səbəbi ilə ikinci əmrə qədər küçəyə çıxmaq qadağası elan edilib.