Artvinin Şavşat rayonunda baş verən hadisədə ayı ac qaldığı üçün evə girməyə çalışıb.
Manset.az Haber Qlobal-a istinadən xəbər verir ki, Artvində evin arxa qapısının zədələnməsi səbəbiylə oğurluqdan şübhələnən ev sahibi təhlükəsizlik kamerası görüntülərini izləyib.
Görüntüləri izləyərkən məəttəl qalan ev sahibi oğrulardan şübhələnərkən onun evinə soxulmağa çalışanın ayı olduğunu anlayıb.
Evin arxa qapısından içəri girmək istəyən ayı yemək tapa bilməyib və evi tərk edib.
Manşet.az