Fransada başlayan etiraz aksiyalarında 719 nəfər saxlanıldı

14:19 - 03 İyul 2023

Fransada başlayan etiraz aksiyalarında 719 nəfər saxlanıldı

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlarda 719 nəfər saxlanılıb.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin məlumat verib.

O bildirib ki, 24 yaşlı yanğınsöndürənin etiraz səbəbiylə gecə saatlarında öldüyünü açıqlayıb:

"Dünən gecə Saint-Denisdə yeraltı avtomobil dayanacağında bir neçə avtomobildən çıxan yanğınla mübarizə apararkən Paris Yanğınsöndürmə briqadasının 24 yaşlı gənc onbaşı komanda yoldaşlarının çevik reaksiyasına baxmayaraq həyatını itirib".

Fransanın müdafiə naziri Sebastien Lecornu yanğınsöndürənlərin ölümü ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Fransız mediası etirazlarda şiddətin azaldığını açıqlasa da; Fransa Daxili İşlər Nazirliyi etirazlara cavab tədbirləri zamanı 45 polisin və yanğınsöndürənlərin yaralandığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az