Tbilisi şəhər məhkəməsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin işi üzrə proses keçirilir.
Manset.az xəbər verir ki, Saakaşvili 2007-ci ildə keçirilən mitinqin dağıdılması işi üzrə iclasda uzaqdan iştirak edir.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq üç və altı il həbs cəzasına məhkum edilib.
2007-ci il noyabrın 7-də Tbilisidə təhlükəsizlik qüvvələri müxalifətin növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə keçirdiyi etiraz aksiyasını dağıdıb. Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham olunub, onu 5 ildən 8 ilə qədər həbs gözləyir. Vəkillərin sözlərinə görə, eks-prezident mitinqin dağıdılması ilə bağlı göstəriş verməyib.