Fransada qatil polisə 1 milyon ianə toplandı

10:13 - 04 İyul 2023

Fransada qatil polisə 1 milyon ianə toplandı

Fransada 17 yaşlı Naheli güllələyən və ölkəni bürüyən etirazlara səbəb olan polis məmuru Florian üçün ianə aksiyasının təşkili reaksiyaya səbəb olub.

 

Manset.az xəbər verir ki, 1 milyon avrodan çox pul toplayan kampaniyaya icazə verən sayt hədəfdədir.

Dəstəklənən kampaniyaya 43 mindən çox adam qatılıb və cəmi 4 gündə 1 milyon 250 min Avrodan çox vəsait toplanıb.

Bildirilib ki, “Gofundme.com” ianə saytı vasitəsilə edilən ianələr “qəsdən adam öldürmək”də ittiham edilərək həbsdə olan polis məmurunun ailəsinə çatdırılacaq.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az