Aylar əvvəl Fransada nümayiş olunan film reallığa çevrildi

12:32 - 04 İyul 2023

Aylar əvvəl Fransada nümayiş olunan film reallığa çevrildi

17 yaşlı gəncin polis yoxlaması zamanı öldürülməsi Fransanı xaosa sürükləyib.

 

Manset.az xarici mətbuata istinaən xəbər verir ki, Fransada 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsindən sonra başlayan etirazlar 5-ci gündə də davam edərkən, hadisələrin aylar əvvəl yayımlanan filmlə oxşarlığı diqqət çəkib.

“Afina” filmi bir gəncin polis tərəfindən öldürülməsindən sonra iğtişaşların başladığı bir dövrdən bəhs edir. Filmdə bir gənc əlcəzairli fransız polisi tərəfindən öldürülür və xaos ssenarisi baş verir.

Filmin ssenarisi ilə Fransadakı etiraz aksiyaları arasında oxşarlıq sosial mediada geniş şəkildə paylaşılıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az