İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu

15:32 - 04 İyul 2023

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) İranın assosiasiyaya üzv ölkələr sırasına daxil olduğunu rəsmən elan edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qərar təşkilatın Hindistanın sədrliyi ilə keçirilən 23-cü sammitində qəbul edilib.

İran dövlətlərarası təşkilatın doqquzuncu üzvü olub. Onun təşkilata qoşulması ilə bağlı öhdəlik memorandumu 2022-ci ilin sentyabrında ŞƏT-in Səmərqənddə keçirilən sammitində imzalanmışdı.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi, 2017-ci ildə Hindistan və Pakistan da onlara qoşulublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az