İstanbulda güclü PARTLAYIŞ

18:56 - 04 İyul 2023

İstanbulda güclü PARTLAYIŞ

İstanbulun Çekmeköy rayonunda binanın birinci mərtəbəsində təbii qaz sızması səbəbindən partlayış baş verib.

 

Manset.az "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadasının göndərildiyi bildirilib.

Məlumata görə, insident nəticəsində bir nəfər yaralanıb. Kartal Təhsil və Araşdırma Yanıq Mərkəzinə aparılan şəxsin həyatına təhlükənin olmadığı qeyd edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az