Paşinyan Putinə zəng etdi

17:56 - 05 İyul 2023

Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Manset.az xəbər verir ki, telefon danışığı zamanı V. Putin N. Paşinyanla Qarabağ və Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib.

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün sazişlərin bütün kompleksinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.

V. Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Hər iki ölkənin rəhbəri təmasların davam etdirilməsi barədə razılığa gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az