Niderlandda fırtına - Uçuşlar ləğv edildi

18:30 - 05 İyul 2023

Niderlandda fırtına - Uçuşlar ləğv edildi

Niderland şimal-qərb bölgəsində güclü fırtına baş verib.

 

Manset.az xəbər verir ki, Hollandiya Meteorologiya İnstitutunun (KNMI) verdiyi açıqlamaya görə, ölkənin şimal bölgələrində "qırmızı həyəcan" elan edilib, əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox hava və dəmir yolu əlaqəsi ləğv edilib.

NOS ictimai yayımında yer alan xəbərə görə, Haarlem şəhərində 51 yaşlı qadının avtomobilinin üzərinə ağac aşaraq həyatını itirib.

Schiphol Hava Limanının Twitter hesabından edilən açıqlamaya görə, güclü fırtına səbəbiylə saat 09.00-16.00 arasında bir çox uçuş həyata keçirilə bilməyib.

Niderland Dövlət Dəmir Yollarının (NS) Twitter-dəki paylaşımına görə, saat 08:30-dan etibarən ölkənin əksər hissəsində yerə qatar reysləri ləğv edilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az