Meta şirkətinə məxsus, Facebook, Instagram və WhatsApp kimi nəhəng sosial media şəbəkələrini özündə birləşdirən və Twitter-ə rəqib olacaq yeni sosial media platforması Threads istifadəyə verilib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Meta tərəfindən edilən açıqlamada Threads-in Instagram komandası tərəfindən mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək üçün yaradılan yeni tətbiq olduğu bildirildi.
İstifadəçilər yeni platformaya Instagram hesabları vasitəsilə daxil ola bilərlər.
Yeni platformada simvol limitinin 500 olduğu, linklərin, fotoşəkillərin və 5 dəqiqəlik videoların da paylaşıla biləcəyi qeyd edilib.
Threads-in iOS və Android sistemləri üçün 100-dən çox ölkədə mövcud olduğu və bu ölkələrdə tətbiqi App Store və Google Play Store-dan yükləmək mümkün olduğu bildirilib.
İlk 2 saat ərzində 2 milyondan çox insan qeydiyyatdan keçib.
Manşet.az