“50 dərəcə isti gözlənilir" - XƏBƏRDARLIQ

10:18 - 06 İyul 2023

“50 dərəcə isti gözlənilir\" - XƏBƏRDARLIQ

Türkiyə qlobal istiləşmənin təsiri ilə isti havaların təsiri altına düşüb.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə axşamı, iyulun 4-də qlobal orta temperatur 17,18 dərəcə təşkil edib.

Dünyanın tədricən istiləşməsinin əsas səbəbinin kömür, neft və təbii qaz olduğunu ifadə edən Prof. Dr. Levent Kurnaz bu il üçün temperatur xəbərdarlığı edib.

Prof. Dr. Levent Kurnaz, 2023-cü ilin bəşəriyyətin yaşadığı ən isti il ​​olacağını ifadə edərək, "Çox böyük ehtimalla bu il Türkiyədə ən yüksək temperatur rekordunu qıracağıq. İndiyə qədər 49,1 dərəcə gördük, 50 dərəcəni  görəcəyimizi düşünürəm” deyə bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az