Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 232 300 hərbçisi məhv edilib.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 068 tank, 7 932 zirehli maşın, 4 310 artilleriya sistemi, 657 reaktiv yaylım atəşi sistemi, 404 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 309 helikopter, 3 6325 PUA, 1 264 qanadlı raket, 18 gəmi/qayıq, 6 888 avtomobil texnikası və avtosistern, 605 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.