ABŞ yenə polis zorakılığı ilə gündəmə gəldi - VİDEO

20:10 - 06 İyul 2023

ABŞ yenə polis zorakılığı ilə gündəmə gəldi - VİDEO

ABŞ yenidən irqçilik və polis zorakılığı  ilə gündəmə gəlib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, 

Yenə Kaliforniya əyalətində polis həddindən artıq güc tətbiq edərək qaradərili şübhəliləri həbs edib. Hadisə ilə bağlı fəallar polisə etiraz ediblər. Hər iki polis barəsində istintaq başladılıb.

Kaliforniya ştatının Los-Anceles şəhərindəki bazarda oğurluq hadisəsi qeydə alındıqdan sonra polis hadisə yerinə gedib. Polislərdən biri həddindən artıq güc tətbiq etməklə şübhəli kişini həbs edib.

Daha sonra ikinci polis müdaxilə edərək həmin anları lentə alan digər qaradərili şübhəli qadına həddindən artıq güc tətbiq edib. Həmin anlar polisin bədən kamerasına və şahidin mobil telefonunun kamerasına düşüb.

Videolarda polis qadını qolundan çəkərək yerə yıxıb və əlini qandallamağa çalışıb. Polisin müdaxiləsi böyük əks-səda doğurdu. Fəallar zorakılığa etiraz etmək üçün küçələrə çıxıb.

Şübhəlilər sərbəst buraxılıb. Zorakılıq tətbiq edən hər iki polis əməkdaşı ərazidən geri çəkilib və barələrində araşdırma aparılıb.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az