Erməni diversantlara hökm oxundu

11:45 - 07 İyul 2023

Erməni diversantlara hökm oxundu

Azərbaycanın dövlət sərhədini pozma, terrorçuluq, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunan erməni diversantlar - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndiririlən şəxslər 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç Azərbaycan Cinayət Məcəlləsinin odlu silah və döyüş sursatının qaçaqmalçılığı, terrorçuluq, qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama, zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə və dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə hökm ediliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az