Məşhur turizm ölkəsində Sibir xorası: Ölənlər var

15:55 - 07 İyul 2023

Məşhur turizm ölkəsində Sibir xorası: Ölənlər var

Turizm ölkəsi olan İndoneziyada Sibir xorası (qarayara) yayılıb. Xəstəliyin ocağı olan Yava adasında azı üç yoluxmuş şəxs ölüb.

 

Manset.az xəbər verir ki, ümumilikdə regionda 87 sakində qarayara faktı təsdiqlənib.

Qeyd edək ki, xəstəliyin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların leşinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.

Yerli hakimiyyət orqanları infeksiyanın yayılmasına qarşı sanitar tədbirlərin həyata keçirilməsinə, o cümlədən mal-qaranın peyvənd edilməsinə və heyvandarlıq təsərrüfatlarında karantin tətbiqinə başlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az