Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Bayden ilə telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Avropa Birliyinə (AB) tam üzvlük prosesi müzakirə edilib.