Saakaşviliyə telefonla danışmaq qadağan edildi

22:05 - 09 İyul 2023

Saakaşviliyə telefonla danışmaq qadağan edildi

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun keçmiş vəkili Şalva Xaçapuridze məlumat yayıb.

O bildirib ki, Saakaşvilinin yanına hazırda yalnız anasını buraxırlar. Onun sözlərinə görə, Saakaşvilinin yanına hətta onun partiyasının üzvlərini, deputatları belə buraxmırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az