Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalını şərh edib.
Manset.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.
"Mən Putinin nüvə silahına əl atacağına inanmıram", - Ukrayna lideri deyib.
Dövlət başçısı əlavə edib ki, Ukrayna kəşfiyyatı Rusiyanın Zaporojye atom elektrik stansiyasını minalaya biləcəyini düşünür.
Qeyd edək ki, ötən ilin sentyabrında da Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalına inanmadığını bildirmişdi.
Xatırladaq ki, bir müddət öncə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna və Şərqi Avropadakı nüvə obyektlərini atəşə tutmağa çağırıb.