Ərdoğan NATO sammitində iştirak etmək üçün Litvaya gedir

09:40 - 10 İyul 2023

Ərdoğan NATO sammitində iştirak etmək üçün Litvaya gedir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçiriləcək NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Litvaya səfər edəcək.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Sammitdə Ukraynadakı müharibə, eləcə də NATO ölkələrinə qarşı çağırışlar barədə fikir mübadiləsi aparılacaq. Sammitdə alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Türkiyə Prezidentinin sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az