İsrail əsgərləri saxta iddiayla fələstinli qadını güllələdi

16:20 - 10 İyul 2023

İsrail əsgərləri saxta iddiayla fələstinli qadını güllələdi

İsrail əsgərləri Qüdsdə "bıçaqlı hücuma cəhd" iddiası ilə bir fələstinli qadını güllələyib.


Manset.az türk mətbuatına istinadla bildirir ki, İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdə bir fələstinli qadını "bıçaqlı hücuma cəhd" iddiası ilə vuraraq yaralayıb.
İsrail mətbuatında yer alan xəbərə görə, İsrail qüvvələri Şərqi Qüdsün Şeyx Cərrah bölgəsindəki tramvay stansiyasında fələstinli qadına atəş açıb.

Qadının “israillilərə qarşı bıçaqlı hücuma cəhd etdiyi” iddia edilib.

İsrail polisindən verilən yazılı açıqlamada qadın şübhəlinin yüngül yaralandığı, israillilər arasında xəsarət alan olmadığı bildirilib.

Hələlik Fələstin rəsmilərindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

 

 Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az