DƏHŞƏT! İranda attraksion qırıldı: Uşaqlar yerə çırpıldılar - VİDEO

17:23 - 10 İyul 2023

DƏHŞƏT! İranda attraksion qırıldı: Uşaqlar yerə çırpıldılar - VİDEO

İranın İsfahan əyalətində əyləncə parkında attraksionun qırılması nəticəsində azı doqquz yeniyetmə xəsarət alıb.

 

Manset.az xəbər verir ki, istismar zamanı zəncirli karusel sıradan çıxıb və onun üzərində olan hər kəs hündürlükdən yerə yıxılıb. Zərərçəkənlərin yaşı 13-15 arasında olub. Onlardan altısı qız və üçü oğlandır.

Yeniyetmələr bel xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətini stabil qiymətləndirirlər.

Hadisənin səbəbləri araşdırılır. Əyləncə parkı hazırda bağlıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az