"Ukraynadakı müharibənin ölkə hüdudlarından kənara çıxa biləcəyi, müharibədə kütləvi qırğın silahlarından istifadə ehtimalının ola biləcəyi açıqlanıb".
Manset.az xəbər verir ki, bu ifadələr Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinin dərc etdiyi 61 səhifəlik "2022 İllik Hesabatı"da yer alıb.
Hesabatın təhlükəsizlik bölməsində edilən təhlildə, “Rusiya 2022-ci ildə Ukraynaya təcavüzü Avropada mövcud təhlükəsizlik arxitekturasına ciddi ziyan vurur, geosiyasi aktorlar arasında rəqabəti gücləndirir və qlobal enerji, iqtisadiyyat və ərzaq təhlükəsizliyi üçün risklər yaradır” ifadəsindən istifadə edilib.
Bu kontekstdə DANS 2022-ci ildə Ukrayna müharibəsinin və Qərbi Balkanlarda qeyri-sabitliyin artması potensialının Bolqarıstanın milli təhlükəsizliyinə ən çox təsir edəcəyinə diqqət çəkib və hesabatında dövri olaraq artan gərginliyin mənfi təsirlərini qeyd edib. Yaxın Şərq, Orta Asiya və Şimali Afrikada davam etdiyi ifadə edilİb.
Hesabatda Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı təhlil bölməsində aşağıdakı ifadələr yer alıb:
“Hərbi əməliyyatlar güclənmək və Ukrayna ərazisindən kənara yayılmaq potensialını saxlasa da, kütləvi qırğın silahlarından istifadə ehtimalını tamamilə istisna etmək olmaz. Proseslər əsas enerji və nəqliyyat dəhlizlərini yönləndirməklə yanaşı, Avropaya əhəmiyyətli miqrasiya axınına səbəb olur”.
Bolqarıstan müdafiə nazirinin müavini Atanas Zapryanov hesabatı dəyərləndirərkən bildirib ki, Müdafiə Nazirliyi Ukraynadakı müharibənin bu ölkənin hüdudlarından kənara çıxa biləcəyini düşünmür.
Jalə
Manşet.az