Ötən aylarda İlon Mask 44 milyard dollara aldığı "Tvitter" sosial media platformasına bəzi yeniliklər gətirib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, "Tvitter" əməkdaşı Andrea Convey platformaya səsli və video zəng funksiyasının gələcəyini açıqlayıb.
Onun sözlərinə görə, bu funksiyalar "inbox" bölməsinə əlavə olunacaq. Digər tərəfdən, bəzi istifadəçilər videozəng funksiyasının "Tvitter"in təbiətinə zidd olduğunu iddia edirlər. Mask "Tvitter 2.0" adlandırdığı yenilikdə ilk növbədə, mesajların təhlükəsizliyini təmin etməyi hədəfləndiyini açıqlayıb.
Manşet.az