Ərdoğanın qərarına Putinin reaksiyası... – Peskov

14:50 - 11 İyul 2023

Ərdoğanın qərarına Putinin reaksiyası... – Peskov

Kreml İsveçin NATO-ya daxil olmasına razılıq verən Rəcəb Tayyib Ərdoğanın qərarına anlayışla yanaşır.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyə NATO-nun üzvüdür. Türkiyənin öhdəlikləri var və Ankara o öhdəliklərinə sadiqdir. Bu bizim üçün heç vaxt sirr olmayıb. Bu baxımdan heç vaxt çəhrayı eynək taxmamışıq, hamımız mükəmməl başa düşürük. Bu, hekayənin bir hissəsidir”, - Kreml sözçüsü bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az