Türkiyənin Van şəhərinin Gürpınar rayonunda hərbi maşın avtomobillə toqquşub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, nəticədə 1 əsgər şəhid olub, 12 əsgər yaralanıb.
Qəza yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

