ABŞ-da fövqəladə vəziyyət elan edildi

09:22 - 12 İyul 2023

ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ prezidenti Cozef Bayden Vermontda güclü yağışların daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan edib.

 

Manset.az "ABC News"a istinadla bildirir ki, ştat rəsmiləri Vinooski çayının tarixində ikinci ən yüksək səviyyəyə qalxdığını bildiriblər. Ştatın paytaxtı Montpelierdə suyun səviyyəsinin qalxması ilə əlaqədar fövqəladə tədbirlər görülüb. Bayden həmçinin, ştat və yerli hökumətlərin müdaxilə səylərini dəstəkləmək üçün ştatda fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət şəraitində iş üçün federal resursların istifadəsinə icazə verilib, Federal Fövqəladə Halların İdarə Olunması İdarəsinə isə bütün yardım səylərini koordinasiya etmək səlahiyyəti verilib.

Ofisdən bildirilib ki, Londonderri, Veston, Bricvater, Andover, Ludlov və Middleseks şəhərlərində 100-dən çox xilasetmə əməliyyatı keçirilib. ABŞ-ın şimal-şərqində yağan güclü yağışlar səbəbindən Nyu-York, Vermont və Men ştatlarının daxil olduğu Nyu-İnqlənd bölgəsində daşqınlar gözlənilir.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az