Kuba ABŞ-ı bu hərəkətinə görə qınadı

10:05 - 12 İyul 2023

Kuba ABŞ-ı bu hərəkətinə görə qınadı

Kuba ABŞ-ın atom sualtı qayığının Quantanamo körfəzinə daxil olmasını pisləyib.  

 

Manset.az türk mətbuatına istinadla bildirir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “Biz bunu rədd edirik, bu, siyasi və strateji məqsədləri bilinməyən ABŞ-ın təxribatçı addımlarından biridir. Kubanın ərazisi 121 ildən artıqdır ki, qeyri-qanuni işğal altındadır”.

Bəyanatda ABŞ-ın bölgədə 70-dən çox hərbi baza qurduğu və bunun Latın Amerikası və Karib hövzəsi xalqlarının suverenliyinə və mənafelərinə təhdid olduğu vurğulanıb. Eyni zamanda, ABŞ-ın son vaxtlar Latın Amerikası və Karib hövzəsində hərbi varlığını artırdığına diqqət çəkən açıqlamada Kubanın qeyri-qanuni işğal olunmuş torpaqlarının geri qaytarılması tələbi yenidən ifadə edilib.

 

 Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az