Türkiyə ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Erdem Kavlak şəhid olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ölkənin Milli Müdafiə Nazirliyi hadisənin İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında baş verdiyini açıqlayıb.
Bildirilib ki, o, silahla ehtiyatsız davranış nəticəsində ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, E.Kavlakın həyatını xilas etmək mümkün olmayıb. Aparıldığı Hakkari İşıqlı Sahə Xəstəxanasında şəhid olan Erdem Kavlakın cənazəsi məmləkəti Sivasa gətiriləcək.

