“Üçüncü dünya müharibəsi getdikcə yaxınlaşır” - Medvedev

13:54 - 12 İyul 2023

“Üçüncü dünya müharibəsi getdikcə yaxınlaşır” - Medvedev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Kiyevə hərbi yardımı artırmaq planı mövcud vəziyyəti daha da dalana dirəyir.

 

Manset.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında yazıb.

D.Medvedev hazırkı durumun üçüncü dünya müharibəsinə doğru apardığını da xatırladıb.

Rusiyanın sabiq prezidenti həmçinin bildirib ki, Ukraynanı ümumiyyətlə heç vaxt NATO-ya qəbul etməyə də bilərlər, sadəcə olaraq, alyans ölkələri bunu ucadan söyləməyə qorxurlar.

D.Medvedev xatırladıb ki, Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatların məqsədlərindən biri də Kiyevin NATO-ya qoşulmasının qarşısını almaq olub və rəsmi Moskva bu iddiasından əl çəkməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az