"İyunun 4-dən bəri 26 mindən çox Ukrayna əsgəri həlak olub" - Şoyqu

17:34 - 12 İyul 2023

\"İyunun 4-dən bəri 26 mindən çox Ukrayna əsgəri həlak olub\" - Şoyqu

Ukrayna ordusu hücuma başladığı 4 iyundan bəri 26 min itki verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Məlumata görə, S. Şoyqu Rusiyaya bağlı Tatarıstan Respublikasında müdafiə sənayesi müəssisələrində yoxlamalar aparıb.

Modernləşdirilmiş Mi-24 tipli hərbi helikopterlərlə yanaşı zirehli döyüş maşınlarını da yoxlayan Şoyqu Ukraynadakı vəziyyətlə bağlı açıqlamalar verib. Ukraynanın ötən ay əks-hücumlara başladığını, lakin bu hücumların dəf edildiyini bildirən Şoyqu, hücumun başladığı 4 iyundan bu yana Ukraynanın 26 min əsgər itirdiyini bildirib.

Ukraynanın da 3000-dən çox hərbi texnika itirdiyini açıqlayan Şoyqu, "Ukraynaya aid 21 təyyarə, 5 helikopter, 1 244 tank və zirehli texnika məhv edilib", - deyə qeyd edib.

Rusiyalı nazirin sözlərinə görə, Ukraynaya məxsus 914 xüsusi hərbi maşın, 2 hava hücumundan müdafiə sistemi, 25 reaktiv yaylım atəşi sistemi, 176 HIMARS raketi, 27 "Storm Shadow" raketi və 483 pilotsuz uçuş aparatı məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az