İranda hicaba görə yeniyetmələr HƏBS EDİLDİ

19:24 - 12 İyul 2023

İranda hicaba görə yeniyetmələr HƏBS EDİLDİ

İranın Gilan əyalətinin Rəşt şəhərində 4 yeniyetmə qız məcburi hicab qaydalarını pozduqları üçün həbs ediliblər.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məlumatda şəhərin Gülsar məhəlləsində 4 yeniyetmənin sosial mediada hicabsız fotolarını paylaşdıqları üçün saxlanıldığı, barələrində cinayət işi açıldığı bildirilib.

Onların "ictimai qaydaları pozmaq və islami qaydalara qarşı çıxmaq"da günahlandırıldığı qeyd edilir.

Əlaqədar dövlət qurumları yeniyetmələrin harada və hansı şəraitdə saxlanıldığı barədə heç bir məlumat vermir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az