"Darıxdım, canım istədi deyə yandırdım” - Meşəni yandıran şəxs

09:30 - 13 İyul 2023

\"Darıxdım, canım istədi deyə yandırdım” - Meşəni yandıran şəxs

"Darıxdım, canım istədi deyə meşəni yandırdım".

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Bursa şəhərində meşə yanğınına səbəb olan şəxs deyib.

Belə ki, ötən gün saat 23 radələrində Türkiyənin Bursa şəhərinin Osmanqazi bölgəsində meşə sahəsində yanğın baş verib.

Küləyin təsiri ilə qısa müddətdə böyüyən yanğını görən məhəllə sakinləri yanğınsöndürənlərə məlumat veriblər. Ekipajlar yanğını nəzarət altına almaq üçün çox çalışıblar. Təxminən 3 saatlıq işdən sonra alov nəzarət altına alınıb. Ətrafdakıların ifadələrinə görə, alov artmağa başlayanda bir nəfərin meşədən çıxdığı jandarma qruplarına xəbər verilib.

Ərazidə araşdırma aparan qruplar şübhəli 35 yaşlı Ali Öneri ərazidən qaçmağa çalışarkən yaxalayıb. Nəzarətə alınan Ali Önerin daha əvvəl də öz evini yandırmağa cəhd etdiyi məlum olub. Jandarma tərəfindən saxlanılan və narkotik aludəçisi olduğu bildirilən Ali Önerin ifadəsində "Darıxdım, canım istədi deyə meşəni yandırdım" sözlərini işlədib.

Ali Öner "meşələri qəsdən yandırmaq" və "ümumi təhlükəsizliyə qəsdən təhlükə yaratmaq" cinayətlərinə görə ədliyyəyə göndərilib. Ali Öner gətirildiyi məhkəmə tərəfindən həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az