Xakerlər dövlət qurumlarının elektron poçtlarını ələ keçirib

10:43 - 13 İyul 2023

Xakerlər dövlət qurumlarının elektron poçtlarını ələ keçirib

Çinli xakerlər dövlət qurumlarının elektron poçtlarını ələ keçirib.

 

 Manset.az  “Gadget Review”-a istinadla bildirir ki, Amerika Birləşmiş Ştatlarında yerləşən “Microsoft” texnologiya şirkəti çinli haker qrupunun Qərbi Avropadakı bəzi dövlət qurumlarının elektron poçtlarını ələ keçirdiyini bəyan edib.

Saytın şirkətin məlumatına əsasən bildirdiyinə görə, “Storm-0558” haker qrupu Qərbi Avropada ictimaiyyət də daxil olmaqla, təxminən, 25 qurum və şəxsin elektron poçt hesablarına müdaxilə edib.

 Məlumatda bundan başqa, istifadəçilərin “Microsoft”a qeyri-adi e-poçt fəaliyyəti barədə məlumat verdikdən sonra qrupun hesablara girişi təxminən bir ay ərzində  baş vermədiyi qeyd edilib.

 “Microsoft”un təhlükəsizlik üzrə vitse-prezidenti Çarli Bell (Charlie Bell)) isə, mövzu ilə bağlı bunları deyib:

 “Qrup məlumat toplamaq üçün e-poçt sistemlərinə daxil olaraq casusluq fəaliyyətlərinə nəzərdən keçirib. Bundan sonra bu qrupun  fəaliyyətləri izləniləcək və oxşar hücumlardan qorunmaq üçün araşdırmalar aparılacaq”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az