Anomal istilər yaxınlaşır - Diqqət

15:17 - 13 İyul 2023

Anomal istilər yaxınlaşır - Diqqət

Cənubi Avropa ölkələri “Serber” istilik dalğasının təsirinə məruz qalıb, yaxın günlərdə bəzi regionlarda havanın hərarəti 45 dərəcəyə yüksələ bilər.

 

 Manset.az  “Turkich World”-a istinadla bildirir ki, İspaniya meteorologiya xidməti yaxın günlərdə Pireney yarımadasının cənub-şərq rayonlarında temperaturun 45 dərəcəyə qalxacağını proqnozlaşdırır.

 Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə isə termometrlər artıq 40 dərəcəni göstərir.

Anomal istilər “Serber” istilik dalğası ilə izah edilir. Cümə günü onu “Haron” atmosfer cəbhəsi əvəz edə bilər ki, bu da gələn həftə hərarətin daha da artmasına səbəb olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az