Alimlər həyəcan təbili çalır - İtaliyada qırmızı xəbərdarlıq elan edilib

15:34 - 13 İyul 2023

Alimlər həyəcan təbili çalır - İtaliyada qırmızı xəbərdarlıq elan edilib

Anomal istilər İtaliyadan da təsirsiz ötüşməyib. Bununla bağlı Roma və bir neçə şəhərə qırmızı xəbərdarlıq elan edilib.

 

Manşet.az xarici KİV-lərə istinadla məlumat verir ki, İtaliya ərazisində müşahidə olunan anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 10 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.

Məlumatlarda ölkənin müxtəlif şəhərlərində insanlar arasında günvurma və istivurma halları qeydə alınıb, onlardan bəziləri xəstəxanaya yerləşdirildiyi də diqqətə çatdırılıb

Romada istidən huşunu itirən turistlərə polisin və təcili yardımın müdaxilə edildiyi açıqlanıb.

Ekspertlər havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi yerlərdə isə 48,8 dərəcəyə çatacağı gözlənildiyini bildriblər.

   


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az