ABŞ Ukraynaya kasetli sursatlar verdi

16:39 - 13 İyul 2023

ABŞ Ukraynaya kasetli sursatlar verdi

Ukrayna artıq ABŞ-dan kasetli sursatlar alıb.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun generalı Oleksandr Tarnavski deyib.

Onun sözlərinə görə, bu silahlar cəbhədəki vəziyyəti kökündən dəyişə bilər.

O.Tarnavski kasetli sursatlardan hələ istifadə olunmadığını söyləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna ordusu bu il iyunun əvvəlində əks-hücum əməliyyatlarına başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az