Hindistanda dağıntılara səbəb olan mussson yağışları daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Manset.az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət 100-dən çox insanın həyatına son qoyub.
Himaçal-Pradeş ştatında baş vermiş daşqınlar 170 evi məhv edib, 600 binaya zərər vurub. Ştat ərazisində azı, 88 nəfər təbii fəlakətin qurbanı olub.
Agentliyin məlumatına görə, şənbə günündən bəri helikopterlərin köməyi ilə ştatda 300-ə yaxın insan xilas edilib. Onların hamısı turistlərdir.