BMT aclıq yaşayan insanların sayını açıqladı – 735 milyon

17:24 - 13 İyul 2023

 BMT aclıq yaşayan insanların sayını açıqladı – 735 milyon

Birləşmiş Millətlər Təşkilatının qurumlarının birgə hazırladığı "UN 2023 World Food Security” (SOFİ) hesabatı yayınlanıb.

 

Manset.az “trthaber”-ə istinadla bildirir ki, 2022-ci ildə dünyada aclıqla üzləşən insanların orta hesabla sayının 735 milyon nəfər olduğu bildirilir.

 

İtaliyanın paytaxtı Romada yerləşən Birləşmiş Millətlər Təşkilatının qurumları - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə hazırladığı "UN 2023 World Food Security” (SOFİ) hesabatı yayınlanıb.

Hesabatda olunanlara görə, “Covid-19” epidemiyası, Ukraynadakı müharibə və iqlim kimi çoxsaylı böhranların təsiri ilə 2019-cu ildən bəri aclıqla üzləşən insanların sayı təxminən 122 milyon nəfər olub. 2022-ci ildə dünyada 691-783 milyon adam aclıqla mübarizə aparıb, orta rəqəm isə 735 milyon olaraq hesablanıb. Qlobal aclıq rəqəmləri 2021-2022-ci illər arasında durğun qalsa da, dünyada dərinləşən qida böhranı ilə üzləşən bir çox ölkə var.

Asiya və Latın Amerikasında aclığın azaldılmasında irəliləyiş müşahidə olunub. Lakin 2022-ci ildə Qərbi Asiya, Karib hövzəsi və Afrikanın bütün alt regionlarında aclıq hələ də artmaqdadır.

 Hesabatda Afrikanın aclıqdan ən çox əziyyət çəkən region olaraq vurğulanıb:

“Afrika aclıqdan ən çox təsirlənən region olaraq qalır. Mövcud tendensiya davam edərsə, “2030-cu il üçün dayanıqlı inkişaf məqsədləri”ndə qarşıya qoyulan “Aclığa son qoymaq” hədəfinə nail olunmayacaq”.

BMT-nin baş katibi Antonio Quterreş isə hesabatın təqdimat iclasına “Heç kim ac qalmamalıdır” vurğulu video-mesaj göndərib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az