ABŞ Rusiya ilə məhbus mübadiləsinə hazırlaşır

20:21 - 13 İyul 2023

ABŞ Rusiya ilə məhbus mübadiləsinə hazırlaşır

ABŞ Rusiyada və ya digər ölkələrdə həbsdə qalan amerikalıların azad edilməsi üçün mümkün olan hər şeyi etmək niyyətində niyyətindədir.

 

Manset.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O qeyd edib ki, Rusiya ilə məhbus mübadiləsi üçün lazımi hazırlıqlar artıq başlayıb. 

“Mən məhbus mübadiləsinə ciddi yanaşıram. Mən Rusiyada və ya başqa yerlərdə qeyri-qanuni saxlanılan amerikalıları azad etmək üçün əlimizdən gələni etmək niyyətindəyəm. Və bu proses davam edir”, - deyə Bayden bildirib.

Bundan əvvəl iyulun 4-də Kreml məhbusların mübadiləsi ilə bağlı Vaşinqtonla təmasların olduğunu təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az