Türkiyədə meşə yanğını hava limanına çatdı - FOTO

17:45 - 14 İyul 2023

Türkiyədə meşə yanğını hava limanına çatdı - FOTO

Türkiyədə qovurucu istilərin davam etdiyi bir vaxtda Bodrum hava limanının qovşağında yanğın baş verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.

Magistral yolun kənarında başlayan və meşəyə sıçrayan yanğından sonra yanğınsöndürən təyyarə də havaya qalxıb. Vertolyotlarla yanaşı, hava limanına yaxın ərazilərdə yerləşdirilən qruplar və Böyükşəhər Bələdiyyəsinin xilasetmə qrupları da yanğın yerinə sövq edilib.

Hazırda yanğın nəzarət altındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az