"Bayden ABŞ-ı III Dünya müharibəsinə vadar edir" - Tramp

20:56 - 14 İyul 2023

\"Bayden ABŞ-ı III Dünya müharibəsinə vadar edir\" - Tramp

"ABŞ Prezidenti Cozef Bayden NATO-nun şərq cinahını dəstəkləmək üçün Birləşmiş Ştatların ehtiyat qüvvələrindən istifadə etmək qərarı ilə ölkəni III Dünya müharibəsinə sürükləyir".

 

Manset.az  "Report"un xarici KİV-ə istinadən yaydığı məlumata əsasən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Tramp hesab edir ki, Ukraynadakı müharibənin gərginləşməsi ABŞ ordusunu fəlakət həddinə çatdırır.

Bundan əvvəl, Bayden Finlandiya prezidenti Sauli Niiniste ilə danışıqların yekunu üzrə mətbuat konfransı zamanı demişdi ki, Ukraynanın Rusiya ilə öz ərazisində gedən hərbi əməliyyatlar zamanı NATO-ya daxil olması III Dünya müharibəsinin başlanması demək olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az