Somalidə partlayışda azı, 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Manset.az xəbər verir ki, "Report" un məlumatına görə, bu barədə, Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, insident nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlər arasında keçmiş yüksək rütbəli yerli hüquq-mühafizə orqanının əməkdaşı olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumatlar dəqiqləşdirilir.