Rusiyadan kütləvi hücum: 21 “Shahed-136” məhv edildi

11:14 - 18 İyul 2023

Rusiyadan kütləvi hücum: 21 “Shahed-136” məhv edildi

İyulun 18-nə keçən gecə Rusiya işğalçıları Ukraynanın cənub hissəsinə hücum ediblər.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, dronlarla həyata keçirilən hücum dalğasında məqsəd raket əleyhinə sistemləri tapıb zərərsizləşdirmək olub.

Daha sonra Rusiya ordusu Qara dəniz akvatoriyasından Odessaya altı ədəd "Kalibr" qanadlı raketi atıblar.

Ukrayna Silahlı Qüvvələrinin “Cənub” operativ komandanlığının hava hücumundan müdafiə qüvvələri düşmənin bütün raketlərini məhv edib.

"Təəssüf ki, liman infrastrukturu obyektləri və bir neçə şəxsi təsərrüfatlar vurulan raketlərin parçaları və partlayış dalğası nəticəsində zədələnib. Həmçinin 1 nəfər yaşlı kişi öz evində yaralanıb və xəstəxanaya yerləşdirilib.", - xəbərdə deyilir.

“Cənub” operativ komandanlığından onu da bildiriblər ki, Odessa vilayətində İrana məxsus 21 “Shahed-136” kamikadze pilotsuz təyyarəsi məhv edilib. Daha 4 pilotsuz təyyarə isə Nikolayev vilayəti səmasında vurulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az