Kütləvi balina ölümünün səbəbi HEYRƏTLƏNDİRDİ

12:32 - 18 İyul 2023

Kütləvi balina ölümünün səbəbi HEYRƏTLƏNDİRDİ

Şotlandiyanın qərbindəki Outer Hebrides arxipelaqında sahilə çıxan 56 pilot balinadan 55-i ölüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, ölkə tarixində ən böyük kütləvi balina ölümüdür.

Bildirilib ki, keçən şənbə sahilə yaxın üzən balina sürüsü bazar günü səhər saatlarında sahilə çıxıb.

Bundan sonra Britaniya Dəniz Həyatını Xilasetmə Dalğıcları (BDMLR), Şotlandiyanın Azmış Məxluqlar Proqramı (SMASS) və bir sıra ictimai təşkilatlar balinaları xilas etmək üçün hərəkətə keçiblər. Balinalardan ikisi xilas olunub. Lakin balinalardan biri üzərək uzaqlaşıb, digəri isə yenidən sahilə çarparaq ölüb.

Xilasedicilər ölən 55 balinadan ikisinin yeni doğulduğunu, bəzi dişi balinaların isə hamilə olduğunu açıqlayıb.

Həyat əlamətləri göstərən balinaların çoxu xilasetmə işlərinin nəticəsiz qalacağı səbəbi ilə daha çox əziyyət çəkməmələri üçün evtanaziya edilib.

Bildirilib ki, balinalar güclü sosial əlaqələri olan növlərdir. Bir balina sahildə çıxırsa bütün sürü onu izləyəcək. Düşünülür ki, doğmaqda çətinlik çəkən dişi balina bütün sürünü sahilə çıxarıb.

Qurum tərəfindən qeyd edilib ki, balinalar üzərində araşdırmalar aparılacaq, sahilə çıxma səbəbləri araşdırılacaq və daha sonra isə balinalar basdırılacaq.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az