Günə 10 litr su içirdi - BU XƏSTƏLİYİN XƏBƏRÇİSİ İMİŞ

14:38 - 18 İyul 2023

Günə 10 litr su içirdi - BU XƏSTƏLİYİN XƏBƏRÇİSİ İMİŞ

İngiltərənin Kornuoll şəhərində yaşayan Conatan Plummer gündə orta hesabla 10 litr su içməsinin səbəbini öyrənmək üçün həkimlərə müraciət edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər 41 yaşlı Conatan Plummerin daimi susuzluq hissinin səbəbini araşdırıblar. Həkimlər kişinin çox su içməsinin səbəbi kimi əvvəlcə şəkər xəstəliyini göstəriblər. Amma hərtərəfli analiz və rentgen nəticəsindən sonra Conatan Plummerin daimi susuzluğunun beynindəki şişlə bağlı olduğunu anlayıblar.

Noxudla eyni ölçüdə olan şişin hipofiz vəzini sıxdığı müəyyən edilib. Bu bölgənin susuzluqla əlaqəli olduğunu izah edən mütəxəssislər kişini əməliyyata aparıblar. Radioterapiya və kimyaterapiya prosesinə başlayan Plumber 30 seansdan sonra sağlamlığına qovuşub.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az