ABŞ ordusu kritik bir səhvdən Sarsıldı

15:44 - 18 İyul 2023

ABŞ ordusu kritik bir səhvdən Sarsıldı

ABŞ hərbçilərinə məxsus milyonlarla məxfi məlumatı ehtiva edən e-poçt yazışmaları yazı səhvinə görə səhvən Afrika ölkəsi Maliyə göndərilib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən e-poçtlar diplomatik sənədlər, vergi qeydləri, parollar və yüksək səviyyəli hərbi məmurların marşrutlarına aid olub.

Mövzu ilə bağlı danışan Pentaqonun sözçüsü Tim Qorman, Müdafiə Nazirliyinin bu problemdən xəbərdar olduğunu bildirib.

Qorman qeyd edib ki, Müdafiə Nazirliyi elektron məktubların qarşısını almaq üçün təlim və texniki nəzarət həyata keçirib.

Mali ilə bağladığı müqaviləyə uyğun olaraq ".ml" domen adını idarə edən holland internet sahibkarı Yohannes Zuurbier FT-yə 2013-cü ildən bəri oxşar saxta e-poçtları almağa davam etdiyini və məsələnin ABŞ-a ünvanlandığını bildirib.

Təkcə yanvar ayından bu yana ABŞ ordusunun şəxsi heyətinə aid təxminən 117 min e-poçtun ona ötürüldüyünə diqqət çəkən Zuurbier, bununla bağlı yarana biləcək risklərdən də narahat olduğunu dilə gətirib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az