Talibanın əfqan qadınlarına qarşı məhdudiyyətləri ARTIR

16:53 - 18 İyul 2023

Talibanın əfqan qadınlarına qarşı məhdudiyyətləri ARTIR

Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi hesabata görə Talibanın qadın və qızlara qarşı məhdudiyyətləri artırdığı üzə çıxıb.

 

Manset.az Yeniçağ-a istinadən xəbər verir ki, BMT-nin insan haqları ilə bağlı missiyası may və iyun aylarında baş verənləri özündə əks etdirdiyi hesabatında Taliban rəsmilərinin Əfqanıstanda qadın və qızlara təhsil və məşğulluğa dair məhdudiyyətlərinin son aylarda daha da artdığı bildirib.

Talibanın Xalq Sağlamlığı Nazirliyi yalnız kişilərin xüsusi tibbi təhsil almaq üçün imtahanlara girməsinə icazə verəcəyini açıqlayıb.

Qeyd edək ki, Taliban qadınların hərəkət və məşğulluq azadlığına daha əvvəl də məhdudiyyət qoymuşdu.

Beləki. Taliban fevral ayında tibb fakültəsi tələbələrinin buraxılış imtahanlarında iştirakına və ötən ilin dekabrında qadınların universitetlərə qəbuluna qadağa qoymuşdu. Mayın əvvəlində isə beynəlxalq qeyri-hökumət təşkilatının iki əfqan qadın əməkdaşı kişi müşayiəti və şəxsi həyatı olmadan səyahət etdikləri üçün hava limanında Taliban qüvvələri tərəfindən həbs edilmişdi.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az