"Niderland Türkiyəyə uzun müddətdir müdafiə sənayesində tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmağa hazırlaşır".
Manset.az-ın məlumatına görə, Niderland Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və İqtisadiyyat və İqlim İşləri Nazirliyi müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarı ilə bağlı birgə mətn dərc edib. Üç nazirliyin birgə mətni Avropada müdafiə sahəsində əməkdaşlığın daha da yaxınlaşmasını təşviq etmək üçün Niderland hökumətinin silah ixracına nəzarətlə bağlı gördüyü tədbirləri elan edib.
Mətndə Niderland hökumətinin Avropa müdafiə əməkdaşlığını gücləndirmək və Niderlandın bu layihələrdə iştirakını təşviq etmək istədiyi bildirilib və bunun Avropada ədalətli rəqabət tələb etdiyinə diqqət çəkilib.
Jalə
Manşet.az